"Real" "Yuventus"un israrla istədiyi Rafael Varanı satmaq istəmir.

Milli.Az fanat.az-a istinadən xəbər verir ki, "Goal"ın əldə etdiyi məlumata görə, "Kral Klubu"nun rəhbərliyi fransalı ulduzu heyətinə qatmaq istəyən klubların qarşısını kəsmək üçün onun müqaviləsindəki sərbəst qalma bəndiində göstərilən məbləği - 500 milyon avronu tələb edəcək. "Real" rəhbərliyi bu məbləği endirmək niyyətində deyil.

Son dünya çempionatının və 4 dəfə Çempionlar Liqasının qalibi olan Varanın "Real"dan ayrılaraq "Yuventus"a keçmək istədiyi deyilir. Lakin baş məşqçi Zinəddin Zidan 2023-cü ilədək müqaviləsi olan həmyerlisinin getməsini istəmir və onu yola gətirməyə çalışır. "L'Equipe" məlumatına görə, Zidana "yox" deyə bilməyən futbolçu yekun qərarını verməyə çətinlik çəkr.

Milli.Az