iPhone-nun imkanları artdı

iPhone-nun imkanları artdı
23:52 14 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

App Store mağazasında Chrome Remote Desktop mobil tətbiqi peyda olub. Sözügedən tətbiq alma cihazlarının köməyi ilə öz kompüterinə uzaq məsafədən qoşulmağa və hətta onu telefondan idarə etməyə imkan verir.
 
Milli.Az ICTnews-a istinadən bildirir ki,Google şirkəti çoxdan mobil qurğuların köməyi ilə kompüteri uzaq məsafədən idarə etməyə qərar vermişdi. Bundan ötrü Chrome brauzerinə əlavə və iPhone və iPad qurğularına tətbiq quraşdırmaq lazımdır. Quraşdırmadan sonra altırəqəmli parol təyin etmək lazımdır ki, yalnız siz öz kompüterinizə giriş edə biləsiniz.
 
Birbaşa telefon və ya planşetdən kompüterdəki sənədləri açmaq, brauzerdə, müxtəlif proqramlarda işləmək olar. Qoşulma sürəti, hətta filmlərə baxmağa imkan verir, amma səs eşidilmir.
 
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/mobilt/319071.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR