Bakı. Trend:

Vyanada yük avtomobili sərnişin qatarı ilə toqquşub.

Trend-in məlumatına görə, qəza nəticəsində qatar relsdən çıxıb. Məlumata görə, sərnişinlər dərhal təxliyə edilib.

Hadisədə 15 nəfərin xəsarət aldığı bildirilir. Yaralılardan 2-nin vəziyyəti ağır qiymətləndirilir.

Qəzanın hansı şəraitdə baş verməsi hələ məlum deyil. Faktla bağlı araşdırmalara başlanılıb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin