Çeçenlər ayağa qalxdı (FOTO)

Çeçenlər ayağa qalxdı (FOTO)
00:51 15 Yanvar 2015
118 Dünya
Ölkə mətbuatı
A- A+

Yanvarın 19-da Qroznıda Məhəmməd peyğəmbərin (s.a.s) karikaturalarının dərc edilməsinə qarşı xalq yürüşü həyata keçiriləcək.

ANS PRESS-in məlumatına görə, Çeçenistan lideri Ramzan Kadırov bu barədə "İnstaqram" səhifəsində yazıb.

“Biz daim dua edirik ki, peyğəmbərimiz Allahın hüzurunda bizə duaçı olsun. Fransız jurnalının müəlliflərinin və buna onları təhrik edən güclərin əxlaqsız hərəkətlərinə öz açıq münasibətimizi söyləməyin vaxtı çatıb. Bizim tərəfimizdən bu hərəkətlərin qınanmasını göstərən xalq yürüşü keçiriləcək”, - deyə Kadırov bildirib.

Respublika başçısının sözlərinə görə, yürüşdə 500 mindən çox insanın iştirak edəcəyi gözlənilir: “Biz bütün dinlərə hörmətlə yanaşırıq. Amma heç kəsə bizim Peyğəmbərimizi təhqir etməyə icazə verməyəcəyik! Kim bunu etməyə çalışsa, bizim düşmənimizdir!”, - deyə Kadırov qeyd edib.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=319725

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR