Aygün "O səs Türkiyə"də daha bir qələbə qazandı - video

Aygün "O səs Türkiyə"də daha bir qələbə qazandı - video
02:01 15 Yanvar 2015
208 Şou
Ölkə mətbuatı
A- A+

"O səs Türkiyə"də növbəti mərhələ başlayıb.

Axşam.az-ın məlumatına görə, "Birə bir" adlanan turun ilk gecəsində azərbaycanlı müğənni Aygün İsmayılova Miyak səhnəyə çıxıb. Keçən tur komanda yoldaşı Ezgi Delalı dueldə məğlub edən həmyerlimiz bu dəfə Büşra adlı rəqibiylə yarışıb.

Aygün "Skunk Anansie"nin repertuarından "Charlie Big Potato" rok mahnısını solo ifa edib. O, fərqli səsiylə bütün münsiflərin rəğbətini bir daha qazanıb.

Sonda komanda rəhbəri Mazhar Alanson və Özkan cütlüyünün qərarıyla Türkiyədə yaşayan həmyerlimiz növbəti mərhələyə keçib.

Qeyd edək ki, TV8 telekanalında Acun İlicalının aparıcı olduğu proqramın münsiflər heyətində məşhur müğənnilər Ebru Gündeş, Hadisə, Mazhar-Özkan cütlüyü və Gökhan Özoğuz oturur.


Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=25121

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR