Türkiyədə daha bir qəzet hücuma məruz qaldı (FOTO)

Türkiyədə daha bir qəzet hücuma məruz qaldı (FOTO)
04:16 15 Yanvar 2015
139 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyədə daha bir qəzet hücuma məruz qalıb. ANS PRESS-in yerli mətbuata istinadən verdiyi məlumata görə, naməlum şəxslər hücum edərək “Yeni Akit” qəzetinin redaksiyasına girməyə cəhd ediblər. Onların qarşısını almağa çalışan qəzetin təhlükəsizlik xidməti söyüşə və təhqirə məruz qalıblar. Milliyyətçi Hərəkat Partiyasının (MHP) üzvləri olduğu bildirilən hücumçular redaksiyanın və qəzet əməkdaşlarına aid avtomobillərin şüşələrini daşlayaraq sındırıblar. Hadisə yerinə cəlb olunan polis qüvvələri hücumun qarşısını alıblar.

Qeyd edək ki, ötən gün Türkiyədə nəşr olunan “Cumhuriyet” qəzeti İslam peyğəmbərini təhqir edən karikaturaları dərc etdiyi üçün hücuma məruz qalmışdı.

Radikal dindar fikirləriilə bilinən “Yeni Akit” qəzetinin hücuma məruz qalmasının səbəbləri isə hələlik məlum deyil.











Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=15&nid=319773

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR