77 yaşlı kişinin avtobusda ağlasığmaz hərəkəti (VİDEO)

77 yaşlı kişinin avtobusda ağlasığmaz hərəkəti (VİDEO)
05:01 15 Yanvar 2015
142 Digər
Ölkə mətbuatı
A- A+

Çində sərnişin avtobuslarından birində mübahisəli hadisə yaşanıb.

ANS PRESS-in məlumatına görə, Çinin Sinxua əyalətində sərnişin avtobusu sürücülərindən birinin nəqliyyat vasitəsini yüksək sürətlə idarə etməsi 77 yaşlı təqaüdçü bir sərnişinin etirazı ilə qarşılanıb.

Vanq Şixao adlı sərnişin sürücünün yanına yaxınlaşaraq ondan yavaş sürməsini tələb edib. Sürücü isə ona sərt cavab verib. Bundan əsəbiləşən bomba mütəxəssisi olan qoca əlindəki kustar üsulla hazırlanmış qumbaranı sürücünün ayağının altına atıb və zəif partlayış baş verib. Onun bu hərəkəti digər sərnişinləri qorxuya salıb.
Sürücü bundan sonra avtobusu saxlayaraq qoca ilə əlbəyaxa olub. Tərəflərin mübahisəsi polisin işə qarışması ilə nəticələnib.

Anbaan təhlükəsizlik kameralarına düşən hadisənin videogörüntülərinin sosial şəbəkədə və xəbər portallarında yayılmasilə 77 yaşlı təqaüdçü məşhurlaşıb.

Faktla bağlı araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=7&nid=319775

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR