Poroşenko matəm elan etdi (VİDEO)

Poroşenko matəm elan etdi (VİDEO)
05:46 15 Yanvar 2015
147 Dünya
Ölkə mətbuatı
A- A+

Ukrayna prezidenti Petro Poroşenko 15 yanvarı matəm günü elan edib.

ANS PRESS-in məlumatına görə, qərar Volnovaxo şəhəri yaxınlığında (Donetsk bölgəsi) dinc əhalinin faciəvi ölümü ilə əlaqədardır.

"Unian" informasiya agentliyi xəbər verir ki, sərəncama əsasən Ukrayna ərazisində saat 12.00-də ölənlərin bir dəqiqəlik sükutla yad edilməsi, evlərdə, hökümət qüvvələrinin qurumlarının tikililərində, yerli özünü idarəetmə qurumlarında, hökümət müəssisələri, idarə və təşkilatlarında bayraqların endirilməsi vacibdir.

Bundan əlavə sərəncama əsasən ölkədə əyləncəli-konsert tədbirləri, idman yarışları təxirə salınacaq, tele və radio verilişlər matəmə uyğun olaraq dəyişdiriləcək.

Xatırladaq ki, 13 yanvar Volnovaxo rayonunda sərnişin avtobusuna mərminin düşməsi nəticəsində 12 sərnişin həyatını itirib, 15 nəfərə yaxın insan isə yaralanıb.

Güman edilir ki, hücum yaxınlıqda yerləşən Ukrayna hərbi postuna yönlənib. Buna baxmayaraq separatçılar atəşin onlar tərəfindən açılmasını təkzib edirlər.

ATƏT-in Ukraynanın şərqindəki xüsusi monitorinq missiyasının müavini Aleksanr Xuq 14 yanvarda xəbər verib ki, Volnovaxoda sərnişin avtobusunun atəşə tutulmasının istintaqı ilə əlaqədar birgə orqan yaradılıb.

Qeyd edək ki. son günlər Ukraynanın şərqində qarşıdurmalar güclənib. Hər iki tərəf atəşkəsin pozulmasında bir-birlərini günahlandıraraq hərbi fəaliyyəti davam edirlər. Çərşənbə axşamı xəbər verildi ki, Minsk danışıqlarına riayət olunmadığından Ukrayna, Rusiya, Almaniya, və Fransa münaqişənin tənzimlənməsi üçün cümə axşamı Qazaxstanda keçiriləcək sammiti ləğv edir.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=319776

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR