Bakıda məsuliyyətsiz piyada aləmi bir-birinə qatdı

Bakıda məsuliyyətsiz piyada aləmi bir-birinə qatdı
07:41 15 Yanvar 2015
137 Ölkə
Ölkə mətbuatı
A- A+

Ötən gecə Bakıda piyadanın yolu düzgün keçməməsi qəzaya səbəb olub. Hadisə Xətai rayonu Babək prospektində qeydə alınıb. Paytaxt sakini Salmanov Orxan Elşən oğlu idarə etdiyi “BMW” markalı avtomobillə şəhər istiqamətində hərəkətdə olarkən, qəfildən qarşısına piyada çıxıb. Sürücü piyadanı vurmamaq üçün maşını yoldan çıxarmaq məcburiyyətində qalıb. Nəticədə “BMW” əvvəl yolun işıqlandırılması üçün nəzərdə tütülan işıq dirəyini aşırıb, daha sonra dirəklə bərabər yolun əks tərəfinə keçərək avtobus dayanacağına çırpılıb. Piyda isə heç nə olmamış kimi yoluna davam edib.

Hadisə yerinə cəlb olunan yol patrul xidməti əməkdaşları sürücünün ilkin izahatını almaqla yanaşı ərazinin müayinəsini həyata keçiriblər.

BŞDYPİ-nin baş inspketoru Müşfiq Əliyev avtomobilin yüksək sürətlə hərəkət etdiyini, dövlət əmlakına dəyən ziyanın isə sığorta pulu ilə ödənəcəyini deyib.

Bu ərəfədə avtomobilin yanma təhlükəsi də yaranıb. Mühhərik hissəsi tüstüləyən maışında baş verə biləcək hadisənin qarşısının almaq üçün əraziyə yanğınsöndürənlər cəlb edildi.

Daha sonra minik maşını cərimə dayanacağına aparılmaq üçün evakutora yüklənib.

Araşdırmalar isə Bakı şəhər Dövlət Yol Polisi İdarəsində aparılacaq.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=319786

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR