Bu axşam istanbullular çox qorxdu

Bu axşam istanbullular çox qorxdu
08:51 15 Yanvar 2015
136 Digər
Ölkə mətbuatı
A- A+

Ötən gün axşam işdən çıxış saatlarında istanbullu sürücülər “Boğaziçi” körpüsündən qeyri-adi görüntü ilə rastlaşıblar. ANS PRESS-in məlumatına görə, həmin anda iki qitəni birləşdirən körpüdən 798 ədəd təcili yardım avtomobili keçirmiş. Sürücüləri qorxudan isə, “Qarşıda nə baş verib ki, bu qədər təcili yardım gedir?” – sualı olub. Səhiyyə Nazirliyinin bu barədə verdiyi açıqlama isə istanbulluların narahatlığını aradan qaldırıb. Səhiyyə naziri Mehmet Müezzinoğlu təcili yardım avtomobillərinin Tekirdağda keçiriləcək tədbirə getdiyini bildirib.

Nazir bildirib ki, baş nazir Əhməd Davidpğlunun da iştirak etdiyi tədbirdə 798 ədəd yeni təcili yardım avtomobili Türkiyə xəstəxanalarında istifadəyə veriləcək.

Məlumata görə, yeni təcili yardım avtomobillərinin istifadəyə verilməsi ilə Türkiyədə “Ambulance” sayı 4 568 olacaq.



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=7&nid=319792

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR