"Atam olmayandan sonra o mənim dilimlə..." - 1 daşla 9 quş

Metbuat.az da “1 daşla 9 quş” layihəsi davam edir.

Layihədə 9 fəlsəfi suala 1 cümləlik cavablar veriləcək.

Bu dəfə müsahibimiz yazar, tanınmış radio aparıcısı Cavid Osmanovdur.

***

- Niyə varsan?

- İnanıram ki, hər birimiz dünyaya hansısa misiya üçün gəlmişik və həyatımız o misiyanı anlamaq üçün lazımdır.

- Niyə yox olacaqsan?

- Bəşəriyyətin qanunlarından biri insan əvəzlənməsidir və atam olmayandan sonra o mənim dilimlə, mən olmayandan sonra isə qızım mənim dilimlə danışacaq.


- Niyə yazırsan?

- Çalışıram ki cəmiyyətə xeyir verim.


- Yaşamaq nədir?

- Mübarizə.


- Ölüm nədir?

- Mübarizənin məntiqli sonu.


- Ədalət nədir?

- Çox subyektiv bir şey...


- Azadlıq nədir?

- Qınamamaq, qınanılmamaq.


- Yaradıcılıq nədir?

- Özündən sonra verdiyin mesaj.


- İnsan kimdir?

- Daim özünə əks gedən, “niyə” sulaını özünə verən, özünün aldatmağa meyilli varlıq.


Tural İsmayılov/Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU LAYİHƏNİN DİGƏR YAZILARI