Cəlilabadda ev kül oldu

Cəlilabadda ev kül oldu
09:57 15 Yanvar 2015
136 Digər
Ölkə mətbuatı
A- A+

Milli.Az CTV-yə (Region tv-yə) istinadən bildirir ki,Cəlilabad rayonunda fərdi yaşayış evi yanıb. Nəticədə ev sahibinə külli miqdarda ziyan dəyib.

Hadisə rayonun Xəlilli kəndində, 69 yaşlı Yavər Hüseynova məxsus evdə baş verib. İkimərtəbəli,  6 otaqdan  və bir eyvandan ibarət evdə başlayan yanğın tez bir zamanda bütün otaqları bürüyüb. Yanğın zamanı evdə kimsə olmayıb. Hadisədən ilk xəbər tutanlar isə qonşular olublar. Elə yanğını ilk söndürməyə çalışanlar da kəndlilər olublar. Hadisə yerinə  Cəlilabad yanğından mühafizə hissəsinin  2 texnikası və canlı qüvvəsi çağırılıb. Yanğınsöndürənlərin müdaxiləsindən sonra alov ram edilib. Lakin ümumi sahəsi  256 kv. metr olan evin 160 kv. metri tamamilə yanıb.

Yanğın zamanı ev sahibinə məxsus xeyli qızıl zinət əşyaları, pul, eləcə də evdə olan 3 ailənin mebeli tamamilə yanaraq külə dönüb. İlkin ehtimallara görə, yanğın elektrik naqillərində baş verən qısaqapanmadan qaynaqlanıb. Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/319126.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR