Cavid Qurbanov yeni səfirlə görüşdü

Cavid Qurbanov yeni səfirlə görüşdü
10:03 15 Yanvar 2015
101 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 15 yanvar /Trend/

Milli Məclisin deputatı, Azərbaycan-Avstriya parlamentlərarası dostluq qrupun sədri Cavid Qurbanov Avstriyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Aksel Vexi qəbul edib.

Trend-in məlumatına görə, görüşdə parlamentlərarası, eyni zamanda müxtəlif sahələrdə əlaqələrin inişafı yolları, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb və əməkdaşlığın daha da artırılmasının vacibliyi vurğulanıb.

Səfir A.Vex Avstriya şirkətlərinin Azərbaycanda fəaliyyəti üçün geniş imkanların olduğunu bidirib.

C.Qurbanov Azərbaycanla Avstriya arasındakı əlaqələrin mövcud durumunu yüksək qiymətləndirib.

Daha sonra C.Qurbanov səfirə yeni missiyasında uğurlar arzulayıb və parlamentlərarası dostluq qrupunun sədri kimi iki tərəfli əməkdışlıqda yüksək nailiyyətlərin əldə olunmasına çalışacağını vurğulayıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/politics/2353422.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR