"Report" AS nəşrinə istinadən xəbər verir ki, 24 yaşlı müdafiəçi məşqdə zədələnib. İspaniyalı oyunçunun körpücük sümüyü sınıb.
O, Zinəddin Zidanın baş məşqçi postuna qayıtmasından sonra 4 matçda start heyətdə meydanda olub.
Qeyd edək ki, Alvaro Ordiosola bu mövsüm 22 oyunda iştirak edib və 1 qol vurub.