“Gənclər arasında azərbaycançılıq məfkurəsinin təbliği” layihəsinin qalibləri mükafatlandırılıb

22:38 5 May 2015
100 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 5 may, AZƏRTAC 
Mayın 5-də “Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi (TUMİB) Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr edilmiş tədbir keçirib.
TUMİB-dən AZƏRTAC-a bildiriblər ki, tədbirdə Gənclər və İdman Nazirliyinin sektor müdiri Əli Məmmədov, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun nümayəndəsi Mübariz Qədirov, Azərbaycan Dövlət Rəsm Qalereyasının direktor müavini İlqar İlyasov çıxış edərək ulu öndər Heydər Əliyevin azərbaycançılıq məfkurəsinin Prezident İlham Əliyev tərəfindən bu gün uğurla davam etdirilməsi nəticəsində qazanılan uğurlardan danışıblar.
Sonda TUMİB-in Prezident yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirdiyi “Gənclər arasında azərbaycançılıq məfkurəsinin təbliği” layihəsinin qalibləri mükafatlandırılıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Gencler_arasinda_azerbaycanchiliq_mefkuresinin_tebligi_layihesinin_qalibleri_mukafatlandirilib-852695

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR