İbrahim Uzunca "İnter"lə oyunla (0:1) bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, "Bakı"nın baş məşqçisi ilk yarıda daha üstün oynadıqlarını deyib:
"Başabaş mübarizə apardıq. Ani səhvdən sonra qapımıza qol vuruldu. Biz ilk hissədə daha üstün oynadıq. Qol da vura bilərdik. Əgər qol vursaydıq, hesab fərqli olacaqdı. Hazırda akademiyanın yetirmələrinə şans veririk. Çalışırıq ki, həmin oyunçular gələn il komandanın əsasını təşkil etsinlər".
Fanat.az