Antalyada Muarem zirvəsi

Antalyada Muarem zirvəsi
10:22 15 Yanvar 2015
184 İdman
Ölkə mətbuatı
A- A+

"Qarabağ"ın futbolçusu Muarem Muaremin "Eskişəhərspor"a transferi ilə bağlı danışıqlar davam edir. Fanat.az-ın Antalyaya ezam olunmuş əməkdaşı хəbər verir ki, dünən gecə makedoniyalı futbolçunun transferi ilə bağlı görüş keçirilib.

Əvvəlcə "Eskişəhərspor"un prezidenti Mesut Hoşcanla "Qarabağ"ın direktoru Əmrah Çəlikəl arasındakı görüşün təmsilçimizin məskunlaşdığı "İC Santai" otelində keçirilməsi nəzərdə tutulsa da, sonradan fərqli qərar verilib. Belə ki, "Eskişəhərspor"un rəsmisi ilə Muaremin meneceri otelə gələrək Əmrah Çəkiləllə Asif Əsgərovu görüş yerinə aparıb. Toplantının yaхınlıqdakı başqa bir oteldə baş tutduğu deyilir.

Fanat.az

Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-antalyada-muarem-zirvsi-t17450.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR