2015-ci ildə əlavə saniyə əksər internet resurslarının işində fasilələrə səbəb ola bilər

2015-ci ildə əlavə saniyə əksər internet resurslarının işində fasilələrə səbəb ola bilər
10:41 15 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Beynəlxalq Yer Dövretmə Xidməti (International Earth Rotation and Reference Systems Service - IERS) 30 iyun 2015-ci ildə saat 23:59:59-da əlavə saniyə əlavə etmək barədə qərar qəbul edib. Bu yenilik bir sıra internet resurslarının, əlavə və əməliyyat sistemlərinin işində fasilələr yarada bilər.
 
Əlavə saniyə artıq 2012-ci ildə əlavə olunub. Bu, çoxlu xidmətlərin və internet saytlarının, o cümlədən "Reddit” və “LinkedIn” şəbəkələrinin fəaliyyətində problemlər yaradıb. Həmçinin aeroportların dispetçer xidmətlərinin və aviabiletlərin sifarişi üzrə servislərin işində fasilələrin yaranması qeydə alınıb.
 
Bu ildə oxşar hadisələrin təkrar olunacağı istisna edilmir. Sosial şəbəkələr, bilet sifarişi və digər servislərin işi dayana bilər. Bundan başqa, ekspertlər “MySQL” serverlərinin, “Java”, “Linux” və s. platformaların işində problemlərin yarana biləcəyini ehtimal edirlər. Onların belə qənaətə gəlməsinə səbəb isə bu sistemlərin əlavə vaxt üçün hesablanmamasındadır.
 
Məlumat üçün bildirək ki, “Saniyə koordinasiyası” dünya üzrə koordinasiya edilmiş vaxta onun “UT1” Günəş şkalası ilə uyğunlaşdırılması üçün əlavə olunan əlavə saniyədir, - "SecurityLab” yazır.


Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-34769-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR