"Rəşad kimi bir oyunçuya sahib olduğunuz üçün çox şanslısınız"

"Rəşad kimi bir oyunçuya sahib olduğunuz üçün çox şanslısınız"
11:05 15 Yanvar 2015
104 İdman
Ölkə mətbuatı
A- A+

""Qəbələ"yə qarşı matç bizim üçün önəmli idi. Çünki fasilədə komandada baş məşqçi dəyişikliyi gerçəkləşmişdi. Türkiyə Superliqasında turnir cədvəlində hazırda yaxşı mövqedə deyilik. Buna görə də çempionata yaxşı hazırlaşmalıyıq. Hər oyuna ciddi yanaşırıq. Bu gün "Qəbələ"yə qarşı istədiyimiz kimi oynadıq. Həm hücumda, həm də müdafiədə yaxşı təsir bağışladıq. Bu cür matçlarda çatışmazlıqlarımızı görə bilirik".
 
Milli.Az xəbər verir ki, bu sözləri qol.az-ın Antalyaya ezam olunmuş müxbirinə "Eskişehirspor"un kapitanı Sezgin Coşkun "Qəbələ"yə qarşı yoxlama matçından (3:1) sonra deyib.
 
O, "Qəbələ"nin birinci hissədə topa daha çox sahib olduğunu bildirib: ""Qəbələ" yaxşı və ciddi komandadır. Birinci hissədə topa daha çox sahib olan tərəf "Qəbələ" idi. Ancaq həlledici zərbələrdə dəqiq ola bilmədilər. "Qəbələ"yə Azərbaycan Premyer Liqasında uğurlar arzulayıram".
 
S.Coşkun Azərbaycanda futbol inkişaf etdiyini də söyləyib: "Azərbaycan klublarından "Qarabağ"ın uğurları barədə məlumatım var. Komandanın kapitanı Rəşad Sadıqovla komanda yoldaşı olmuşam. Onun kimi bir oyunçuya sahib olduğunuz üçün çox şanslısınız. Ümid edirəm ki, Azərbaycan millisi və klubları Avropada uğurlu nəticələr əldə edəcəklər. Azərbaycanın uğuru bizim uğurumuzdur.
 
S.Çoşkun millimizin yeni baş məşçisi Robert Prosineçki haqda da müsbət fikirlər səsləndirib: "Prosineçki "Kayserispor"u çalışdırdığı dönəmdə komanda yaxşı futbol oynayırdı. Bu cür məşqçilərin həm Türkiyədə, həm də Azərbaycanda işləməsi futbolçular üçün yaxşıdır. Onların futbol bilgisindən, təcrübəsindən yararlanmaq laızmdır. Prosineçkinin Azərbaycanda yaxşı nəticələr əldə edəcəyinə inanıram".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/319121.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR