Xalq artisti Brilliant Dadaşova İnstagram hesabında yeni video paylaşıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, o, videosuna yazdığı şərhlə diqqət çəkib.

Sənətçi məclislərdə həmkarlarına mikrofon vermədiyini etiraf edib:

"Mikrofonumu heç vaxt başqa müğənnilərə vermirəm, çünki qoxulara qarşı çox həssasam və alergiyam var. Bu da bəzi "ikinci-üçüncü sort müğənniləri" kompleksə salır. Rəylərdə kiməsə yazdırıq, məhz mikrofondan bəhs edirlər".

Qeyd edək ki, məclislərdə mikrofon mövzusu ilə bağlı sənətçilərimiz arasında zaman-zaman qalmaqallar yaranır.

Milli.Az