Özbəkistan Sahibkarlar və İş Adamları Hərəkatı - Liberal Demokrat Partiyası cümə axşamı keçirilən qurultayda ölkənin fəaliyyətdə olan prezidenti İslam Kərimovun namizədliyini yenidən bu posta irəli sürüb.
Bu barədə Trend-ə partiyanın Siyasi Şurasından bildirilib.
Məlum olduğu kimi, Özbəkistan Mərkəzi Seçki Komissiyası 26 dekabr 2014-cü ildə ölkə prezidentliyinə seçkilər üzrə seçki kampaniyasının başladığını elan edib.
Milli.Az