Korrupsiya ilə mübarizədə QHT-lərə "yaşıl işıq"

Korrupsiya ilə mübarizədə QHT-lərə "yaşıl işıq"
12:12 15 Yanvar 2015
132 Sosial
Ölkə mətbuatı
A- A+

"Korrupsiyaya qarşı mübarizədə vətəndaşlar da fəal olmalıdırlar, çünki ictimai nəzarət, vətəndaş cəmiyyətinin iştirakı olmadan ölkədə korrupsiyaya qarşı mübarizə aparmaq çətindir. Ona görə də bu məsələdə hüquq-mühafizə orqanları ilə yanaşı, vətəndaşlar da fəallıq göstərməlidirlər".

Trend xəbər verir ki, bunu Azərbaycan Respublikasının Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyasının katibi, Avropa Şurasının Korrupsiyaya Qarşı Mübarizə Aparan Dövlətlər Qrupu (GRECO) təşkilatında Azərbaycan nümayəndə heyətinin rəhbəri Vüsal Hüseynov bu gün Baş pokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində 2014-cü ilin yekunlarına dair keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, əgər müraciət olarsa, korrupsiya ilə mübarizə sahəsində qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı işçi qrupunun tərkibinə qeyri-hökumət təşkilatlarının nümayəndələri daxil edilə bilər.

V.Hüseynov qeyd edib ki, 2014-cü ildə dövlət başçısının siyasi fəaliyyətinin prioritet istiqamətlərindən olan korrupsiyaya qarşı mübarizə tədbirləri daha intensiv xarakter alıb, mütərəqqi institusional tədbirlər həyata keçirilib: "Hesabat dövründə korrupsiyaya qarşı ardıcıl və sistemli mübarizənin aparılması istiqamətində bir sıra mühüm qanunvericilik və praktiki tədbirlər həyata keçirilib, ölkədə korrupsiyaya qarşı mübarizənin daha səmərəli formada təşkil edilməsinə zəmin yaranıb".

Yenilənmiş rusum.az saytı barədə də danışan V.Hüseynov qeyd edib ki, vətəndaşlar bu sayta girməklə özlərinin işini yüngülləşdirəcək və faydalı məlumatlar əldə edə biləcəklər. Vətəndaşlar sayt vasitəsilə müxtəlif dövlət qurumlarına elektron qaydada müraciət edə, lisenziyaların alınması qaydalarını öyrənə, onlayn qaydada ödənişlər edə, "ASAN xidmət" mərkəzlərində onlayn qaydada növbəyə dura, vergilər, sığorta, cərimələr üzrə kalkulyator hesablamaları apara, müxtəlif ölkələrə vizalar barədə məlumat edə bilərlər.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/319149.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR