Korrupsiya ilə bağlı 21 cinayət işi

Korrupsiya ilə bağlı 21 cinayət işi
12:16 15 Yanvar 2015
77 Sosial
Ölkə mətbuatı
A- A+

Ötən il Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən vətəndaşların 3194 müraciətinə baxılıb.

ANS PRESS-in AzərTAc-a istinadən verdiyi məlumata görə, bu barədə yanvarın 15-də Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən 2014-cü ildə korrupsiyaya qarşı mübarizə sahəsində görülmüş işlərlə bağlı keçirilən mətbuat konfransında məlumat verilib.

Tədbirdə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev bildirib ki, ötən il həmçinin 218 cinayət xarakterli material araşdırılıb. Onların 82 faizi üzrə cinayət işi başlanıb, digər məlumatlar üzrə isə zəruri qabaqlayıcı tədbirlərin görülməsi təmin edilib.

Diqqətə çatdırılıb ki, İdarənin 161 saylı “Qaynar xətt” əlaqə mərkəzinə bu müddət ərzində 4945-dən çox müraciət daxil olub. Həmin müraciətlərin 21-i üzrə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işləri başlanıb.

2013-cü ildə idarənin 161 saylı “Qaynar xətt” əlaqə mərkəzinə 5311 müraciət daxil olmuşdu. Müraciətlərin sayının azalması “ASAN” Xidmət mərkəzlərinin sayının çoxalması ilə əlaqədardır.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=33&nid=319831

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR