Elşad Abdullayevin cinayət işi ilə bağlı AÇIQLAMA

Elşad Abdullayevin cinayət işi ilə bağlı AÇIQLAMA
12:32 15 Yanvar 2015
62 Digər
Ölkə mətbuatı
A- A+

Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin qanunsuz əməlləri ilə bağlı başlanmış cinayət işinin istintaqı davam etdirilir.

APA-nın məlumatına görə, 2014-cü ilin yekunları ilə bağlı keçirilən mətbuat konfransında Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev E. Abdullayevin hazırda axtarışda olduğunu bildirib.

O qeyd edib ki, vaxtı ilə onunla birgə çalışan və bu qanunsuzluqlara yol verən şəxslər məsuliyyətə cəlb ediliblər. K. Əliyevin sözlərinə görə, hazırda istintaq davam etdirilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/crime/319155.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR