Azərbaycanda hava şəraiti kəskin dəyişəcək, qar yağacaq

13:12 15 Yanvar 2015
74 Sosial
Ölkə mətbuatı
A- A+

Yanvarın 16-sı axşamdan başlayaraq Azərbaycan ərazisində hava şəraiti dəyişəcək, temperatur ötən günlərlə müqayisədə nisbətən enəcək, dağlıq və dağətəyi rayonlarda sulu qar və qar yağacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Trend-ə bildiriblər ki, yanvarın 17-si və 18-də əsasən dağlıq və dağətəyi rayonlarda sulu qar və qar yağacaq. Bakıda əsasən yanvarın 17-də havanın yağıntılı olacağı gözlənilir.

Yanvarın 15-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər yarımadanın bəzi yerlərdə zəif duman, çiskin olacaq. Cənub-qərb küləyi əsəcək.

Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 2-5 dərəcə, gündüz 9-13 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında hava yağmursuz keçəcək, gecə və səhər ayrı-ayrı yerlərdə duman, çiskin müşahidə ediləcək. Lənkəran-Astara zonasında yağış yağacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı dağlıq yerlərdə güclənəcək.

Aran rayonlarında havanın temperaturu gecə 0-5 dərəcə isti, gündüz 12-17 dərəcə isti, dağlarda gecə 1-6 dərəcə, gündüz 5-10 dərəcə şaxta olacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/319169.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR