"The National Interest": Azərbaycan Avropanın etibarlı qaz təchizatçısıdır

"The National Interest": Azərbaycan Avropanın etibarlı qaz təchizatçısıdır
13:17 15 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Azərbaycan iri və etibarlı qaz təchizatçısıdır. Ölkə tezliklə Avropanın da qaz təchizatçısı olacaq
Bu barədə Amerikanın nüfuzlu "The National Interest" jurnalının saytında Avrasiya enerji bazarına və onun rəqabətqabiliyyətliliyinə həsr edilmiş məqalədə deyilir.

Milli.Az-ın Trend-ə istinadən məlumatına görə, məqalənin müəllifləri ABŞ-ın Qazaxıstan və Gürcüstandakı sabiq səfiri Uilyam Kortni, ABŞ-ın Azərbaycandakı sabiq səfiri Riçard Kozlariç və bu ölkənin Belarus və Gürcüstandakı sabiq səfiri Kenent Yalovitsdir.

Materialda Avrasiyanın nəhəng karbohidrogen ehtiyatlarına malik olduğu qeyd edilir: “Rusiya dünyada ən iri təbii qaz ehtiyatlarına malikdir, kömür ehtiyatlarına görə ikinci və neft ehtiyatlarına görə səkkizinci yerdədir. Rusiya, demək olar ki, dünyada qazın beşdə birini hasil edir və Səudiyyə Ərəbistanından sonra ikinci böyük neft ixracatçısıdır. Avropa istehlak etdiyi neft və qazın təxminən üçdə birini Rusiyadan idxal edir”.

Məqalədə bildirilir ki, Azərbaycan karbohidrogenlərlə zəngin Xəzər regionunda iri və etibarlı neft ixracatçısıdır: "Tezliklə Azərbaycan da Avropanın qaz tədarükçüsü olacaq”.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/319167.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR