Ukraynada ölən dinc sakinlər Bakıda anılırlar

Ukraynada ölən dinc sakinlər Bakıda anılırlar
13:17 15 Yanvar 2015
104 Dünya
Ölkə mətbuatı
A- A+

Ukraynanın Donetsk vilayətində 12 dinc sakinin ölümünə səbəb olmuş faciə ilə bağlı bu ölkənin Azərbaycandakı səfirliyində xatirə kitabı açılıb
Səfirlikdən APA-ya verilən məlumata görə, bütün Ukrayna ərazisində 15 yanvar milli matəm günü elan olunub:

“Yanvar ayının 13-də “Donetsk Xalq Respublikası” adlanan terror qruplaşmasının döyüşçüləri atəşkəs rejimi barədə razılaşmanı növbəti dəfə kobud şəkildə pozaraq Volnovaxa şəhəri yaxınlığında Ukrayna Silahlı Qüvvələrinin blok-postunu “Qrad” reaktiv yaylım atəş sistemindən atəşə tutublar. Dokuçayevsk məntəqəsindən endirilən bu zərbələr zamanı mərmilərdən biri içində dinc sakinlər olan, Donetsk-Mariupol istiqamətində hərəkət edən sərnişin avtobusunun bir neçə metrliyində partlayıb. Nəticədə 12 dinc sakin həlak olub, 16 nəfər yaralanıb”.

Səfirlikdən bildirilib ki, Ukrayna hüquq-mühafizə orqanları hadisəni dinc sakinlərə qarşı düşünülmüş terror aktı kimi dəyərləndirib və cinayət işi açılıb.

Qeyd edək ki, son məlumata əsasən, yaralılardan biri dünyasını dəyişib və bununla da ölənlərin sayı 13-ə çatıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/319160.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR