Ölkəmizdə qan vermək üçün xeyriyyə məqsədi daşıyan internet resursu fəaliyyət göstərir - www.qanver.com

Ölkəmizdə qan vermək üçün xeyriyyə məqsədi daşıyan internet resursu fəaliyyət göstərir - www.qanver.com
13:21 15 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Ölkəmizdə xeyriyyə məqsədi daşıyan "www.qanver.com" internet resursu fəaliyyət göstərir.

Layihənin məqsədi respublikadakı könüllü qan donorlarını bir araya toplamaq, kiməsə təcili qan lazım olduqda saytda qeydiyyatdan keçmiş müvafiq qan qrupu olan insanlara SMS və ya e-mail formasında bildiriş göndərməkdir. 

 "www.qanver.com" saytında mobil versiyanın əlavəsi, yeni bölmələrin yaradılması, qeydiyyatçıların hansı  şəhərdən olmaları, axırıncı dəfə nə vaxt  qan vermələri ilə bağlı məlumatlar yer alır.


 
Hazırda bazada 1500-dən çox donor var.

+1 (371) :  +2  (450) : +3  (292) : +4  (223)
-1  (92)  :  -2  (75)   : -3  (54)  : -4   (32)


Bu yaxınlarda, resursun mobil versiyasının da istifadəyə verilməsi nəzərdə tutulur.
İstifadəçilərə "mobile app" vasitəsi ilə bildirişlər göndəriləcək, bu "mobile app"-də yaxınlıqdakı  xəstəxanalar və oradakı  xidmətlər haqqında məlumatlar yer alacaq.
 
CAHANGİR


 


Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-34781-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR