Görkəmli dövlət və elm xadimi Əziz Əliyevin anadan olmasının 115 illiyinə həsr edilmiş elmi konfrans keçirilib

Görkəmli dövlət və elm xadimi Əziz Əliyevin anadan olmasının 115 illiyinə həsr edilmiş elmi konfrans keçirilib
13:52 15 Yanvar 2015
167 Sosial
Ölkə mətbuatı
A- A+

Yanvarın 15-də görkəmli dövlət və elm xadimi, pedaqoq-alim, professor Əziz Məmmədkərim oğlu Əliyevin anadan olmasının 115-ci ildönümünə həsr edilmiş elmi konfrans keçirilib.

AzərTAc xəbər verir ki, unudulmaz şəxsiyyətin adını daşıyan Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda keçirilən konfransda tibb ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

İnstitutun rektoru Nazim Qasımov Azərbaycan təbabəti tarixində xüsusi yeri olan Əziz Əliyevin ömür yolundan, səhiyyə quruculuğu sahəsində, Vətən və xalq qarşısında xidmətlərindən danışıb.

Diqqətə çatdırılıb ki, professor Əziz Əliyevin həyat yolu hər bir mərhələdə elmi, pedaqoji, ictimai və dövlət fəaliyyəti sahələri ilə zəngin olub. Ölkəmizdə ali tibb təhsilinin, ixtisasartırma və kadrların yenidən hazırlanması sisteminin, səhiyyə təşkilatları və müəssisələri şəbəkəsinin əsasını qoyanlardan biri kimi onun nəsillərə saxladığı irs öz dəyərini hələ də itirməyibdir.

Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun inkişafında və beynəlxalq aləmdə tanıdılmasında, milli tibb kadrlarının, səhiyyə işçilərinin hazırlanmasında Əziz Əliyevin fəaliyyəti xüsusi vurğulanıb. Qeyd olunub ki, görkəmli alimin ömrünün böyük bir hissəsi Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu ilə bağlı olub.

Konfransın elmi hissəsində təbabətin müxtəlif problemlərinə dair məruzələr dinlənilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/319176.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR