Neftin qiymətlərinin aşağı olması Azərbaycan üçün qorxunc deyil

Neftin qiymətlərinin aşağı olması Azərbaycan üçün qorxunc deyil
14:05 15 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Almaniyanın “Deutsche Welle” (DW) nəşrinin yazdığına görə, neftin qiymətlərinin aşağı olması Azərbaycan üçün regionun digər dövlətləri qədər qorxunc deyil.

Trend-in məlumatına görə, nəşr qeyd edir ki, Azərbaycanda neft bazarlarından gələn gündəlik məlumatlara sevincsiz, eyni zamanda təlaşsız baxırlar.

Almaniya-Azərbaycan Ticarət-Sənaye Palatasının icraçı direktoru və İdarə Heyətinin üzvü Florian Şröder yazır: "Bu, xüsusilə neftin qiymətlərinin düşməsinə müxtəlif valyutaların necə reaksiya verməsindən görünür. 2014-cü ildə Rusiyada rubl dollara nisbətdə öz dəyərini 40 faiz itirdi və inflyasiyanı sürətləndirərək düşməkdə davam edir. Bəs Azərbaycan manatı? O öz dəyərini faktiki olaraq saxladı, hətta avroya nisbətdə möhkəmləndi".

Onun sözlərinə görə, Azərbaycandakı vəziyyət Rusiyadakından kəskin şəkildə fərqlənir. Rusiyada rublun dəyərdən düşməsinin əsas səbəblərindən biri kapital axını və əcnəbi investorların gedişidir.

Şröder izah edir ki, Azərbaycanda belə bir şey müşahidə olunmur. O qeyd edir ki, Bakı bu gün də son dərəcə yüksək iqtisadi artım göstəriciləri nümayiş etdirir. Azərbaycan ən bədbin ssenari üzrə öz makroiqtisadi sabitliyi ilə bağlı ciddi narahatlıq keçirməyə bilər.

Florian Şröder izah edir ki, Azərbaycan əhalinin hər nəfərinə görə ən aşağı səviyyədə borca malik ölkələrdən biridir. Ehtiyatlar həm Dövlət Neft Fondunda (ARDNF), eləcə də Mərkəzi Bankda var: "Mən olan rəqəmləri belə izah edirəm ki, əgər neftin bir barelinin qiymətinin 50 dollar olduğu bugünkü şərtlər əsas götürülərsə və bu, 10 il belə davam edərsə, ölkə hər şeyin öhdəsindən gələcək”.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/319181.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR