Rəfaellə Coşqun Mikayılı parodiya edəcəklər

Rəfaellə Coşqun Mikayılı parodiya edəcəklər
14:36 15 Yanvar 2015
176 Şou
Ölkə mətbuatı
A- A+

Əməkdar artistlər Rəfael İsgəndərov və Coşqun Rəhimov "Göz Əl" adlı  konsertləri ilə bağlı yenilik edib.

Axşam.az saytına açıqlama verən  R.İsgəndərov deyib ki, bu dəfə ilk olaraq Naxçıvana yollanacaqlar:

"Fevralın 28-də Heydər Əliyev Sarayında üçgünlük konsertimiz start götürəcək.  5-9 mart tarixlərində isə Bakıda tamaşaçıların qarşısına çıxacağıq".

C.Rəhimov parodiya olunacaq məşhurların adlarını da açıqlayıb:

"Bu dəfə daha çox parodiyalar olacaq. Çünki insanlar bunu bizdən tələb edirlər. Parodiya edəcəyimiz məşhurlar arasında xalq artisti Ağadadaş Ağayev, əməkdar artist Elza Seyidcahan, "Space"də yayımlanan "Sevimli şou"nun aparıcısı Mikayıl Güləddinoğlu var. Bilirəm ki, müğənnilər bu səhnələrə görə bizdən incimirlər. Hətta Elza Seyidcahan demişdi ki, onlar məni parodiya etməyəndə küsürəm".


Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=25142

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR