Murad Arif xəbərdarlıq etdi: "Partlayacaq, ehtiyatlı olun" - FOTO

Murad Arif xəbərdarlıq etdi: "Partlayacaq, ehtiyatlı olun" - FOTO
14:37 15 Yanvar 2015
107 Şou
Ölkə mətbuatı
A- A+

Bəstəkar-aparıcı Murad Arif ifaçı kimi növbəti işini mediaya təqdim edib.
Milli.Az-a açıqlama verən ifaçı bildirib ki, Türkiyənin tanınmış müğənnisi Mirkəlamın repertuarından olan "Tavla" adlı bəstəni oxuyub: “Yeni ifa etdiyim mahnını uşaqlıq illərimdən sevmişəm.

Artıq 20 ildir ki, sözlərini əzbər bildiyim bir bəstədir. Bu mahnı ilk dəfə 1994-cü ildə Türkiyənin tanınmış müğənnisi Mirkelamın albomunda yayımlanıb. Mahnının söz və musiqisi də elə onun özünə məxsusdur. Mahnının necə ərsəyə gəlməsi barədə danışmaq istəyirəm. Bu yaxınlarda Türkiyənin nömrə 1 aranjmançısı İskəndər Paydaşla tanış oldum. Onun Mirkelamla iş birliyinə və özəlliklə "Tavla" (nərd oyunu) mahnısına olan sevgimi bildirdim.

Bir müddət sonra İskender bəy bu mahnını yeni aranjmanda hədiyyə etdi. Yəni mahnını müəlliflərin rəsmi icazəsi ilə oxudum. Çox xoşbəxtəm ki, mahnı mən istədiyim kimi alındı. “Tavla” çox sevdiyim fank janrında yazılmış bir türk pop mahnısıdır. Tezliklə bu bəstəyə klip çəkdirməyi də düşünürəm. Bu mahnı mənim yeni bombamdır. Partlayacaq. Ehtiyatlı olun”.

Qeyd edək ki, M.Arifin ifaçı kimi mediaya çıxardığı ilk mahnısı “Həyat yoldaşımsan” olub.

Milli.Az










Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/319182.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR