Tovuzda avtomobil təmiri sexi yanıb

Tovuzda avtomobil təmiri sexi yanıb
14:42 15 Yanvar 2015
123 Digər
Ölkə mətbuatı
A- A+

Kəpəz TV-yə (Region TV) verilən məlumata görə, hadisə rayonun Düz Qırıqlı kəndində, Nəsib Sarıyevə məxsus obyektdə qeydə alınıb. Hadisə yerinə Tovuz Yanğından Mühafizə Hissəsinin avtomobil və canlı qüvvəsi çağırılıb. Tez bir zamanda alovun yaxınlıqda olan yaşayış evlərinə keçməsi və baş verə biləcək partlayışın qarşısı alınıb.

Qəfildən başlanan yanğın zamanı isə ümumi sahəsi 24 kv.m olan avtomobil təmiri sexində 2 ədəd pəncərə çərçivəsi və Firudin Əliyevə məxsus təmirə dayanmış "VAZ 21-011" yanıb. Hadisənin baş vermə səbəbləri araşdırılır.

Milli.Az



Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/319192.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR