Asenadan illər sonra Tatlısəslə bağlı etiraf

Asenadan illər sonra Tatlısəslə bağlı etiraf
14:56 15 Yanvar 2015
142 Şou
Ölkə mətbuatı
A- A+

Türkiyəli oriental rəqqasə Asena “Kanaltürk”də yayımlanan “2-ci səhifə” verilişində 4 illik eşq həyatından sonra 2003-cü ildə ayrıldığı keçmiş sevgilisi, müğənni İbrahim Tatlısəslə bağlı etiraf edib.

Axşam.az-ın məlumatına görə, rəqqasə sənətçinin mahnılarını hələ də dinlədiyini deyib:

"Bir kluba, restorana gedəndə bəzi diceylər qəsdən onun mahnısını çalır. Başa düşmürlər ki, İbrahimin səsinə və mahnılarına hər zaman hörmətim var. Çünki onun bu sahədəki böyüklüyü müzakirə edilə bilməz. Mən onun mahnılarını hələ də dinləyirəm və hətta xoşbəxt oluram. Yaşadıqlarımız başqa, sənəti başqa. Peşəsini və şəxsiyyətini bir tutmuram. Yaşadığımız hər şeyi də Allaha həvalə etdim. Artıq heç nə vecimə deyil. Baş qoşmuram, hirslənmirəm".

Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=25144

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR