“Bu tezliklə qızımın toyu gözlənilmir. Çox çətin dövrdür".
Bu sözləri Axşam.az saytına açıqlamasında əməkdar artist Mətanət İsgəndərli deyib.
Onun sözlərinə görə, nişanlı qızı Ülkər bir qədər həyat təcrübəsi toplamalıdır:
"Nə qədər çox düşünsən, o qədər sağlam addım ata biləcəksən. Beş gün ərzində tanış olub ərə gedirlər. İki gün keçdikdən sonra isə qayıdırlar. Hələ nə yaşları var ki? Məgər qocalırlar? Əvvəl adət-ənənə var idi. Qızla oğlanı görüşməyə qoymurdular. İndi o dövr arxada qalıb. Görüşürlər, gəzirlər. Qismətdə varsa, toyları da olacaq”.
Qeyd edək ki, M.İsgəndərlinin qızının nişan mərasimi 2013-cü ilin oktyabrında baş tutmuşdu.