Yerə asteroid yaxınlaşır (FOTO)

Yerə asteroid yaxınlaşır (FOTO)
15:46 15 Yanvar 2015
202 Digər
Ölkə mətbuatı
A- A+

Yanvarın son bazar ertəsi - 26 yanvar 2015-ci ildə Yer kürəsinə asteroid yaxınlaşacaq.

ANS PRESS-in məlumatına görə, asteroid son 200 ildə yaxınlaşmadığı bir məsafədə planetimizin yanından keçəcək.

NASA tərəfindən "2004 BL86" adlandırılan asteroidin diametri 500 metr, çəkisi 157 milyon tondur. NASA-nın Reaktiv Hərəkət Laboratoriyasının mətbuat xidməti onun hərəkətə gəlməsi Yer üçün təhlükəsiz olacağını açıqlayıb.

Sözügedən laboratoriyanın Yerətrafı obyektlər proqramının direktoru Don Yeomans jurnalistlərə açıqlamasında, nəhəng obyektin Yerin səthinə bu qədər yaxınlaşmasının alimlər üçün bir fürsət olduğunu bildirib: "Bu bizə onu izləməyə, səthini öyrənməyə və çox yeni şeylər öyrənməyə unikal şans verir. Elm bu hadisədən çox yararlanacaq".


Onun sözlərinə görə, NASA yüksək dəqiqlikli üçölçülü şəkillər və 3D model almaq üçün mikrodalğalı şüaların köməyi ilə asteroidi işıqlandırmağa cəhd edəcək. Alim bu görüntülərlə göy cisminin daxili quruluşunun və müxtəlif hissələrinin öyrənilməsində istifadə ediləcəyini deyib. "Böyük ehtimalla mən öz sevimli binoklumu götürüb, gecə səmasında onu izləməyə cəhd edəcəm. Asteroidlər Günəş sistemi üçün xüsusi obyektlərdir. Onlar nəinki Yer planetinə həyat və su daşıyıblar, eyni zamanda gələcəkdə də planetimizə faydalı qazıntılar gətirə bilərlər. Üstəlik bəşəriyyət onlardan istifadə edərək gələcəkdə Günəş sisteminin öyrənilməsində və mənimsənilməsində istifadə edə bilərlər. Bir sözlə, asteroidlərdə elə şeylər var ki, onun Yerə yaxınlaşmasını səbirsizliklə gözləyirəm"- deyə o, öz marağını gizlətməyib.



Laboratoriyanın digər elmi işçisi Lans Benner bildirib ki, astronomlar bu göy cisminin mexanizmi və görünüşü barədə heç bir bilgiyə malik deyillər.

"2004 BL86" asteroidi 2004-cü ilin yanvar ayında kəşf edilib. O, 2013-cü ilin fevral ayında Rusiyanın Çeybaninsk vilayətinə düşən çeylabinsk meteoritinin də daxil olduğu Yerətrafı obyektlərin apollon qrupuna daxildir.
NASA nümayəndələri bu dəfə belə bir təhlükənin gözlənilmədiyini qeyd ediblər.

Çelyabinsk meteroidin kütləsi 13 min ton, ölçüsü isə 19,8 metr olub. 15 fevralda yaşanan dəhşətdə yüzlərlə yaralı və azsayda ölən olmuşdu.




Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=7&nid=319833

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR