"Putin yenə prezident olsun" - SORĞU

"Putin yenə prezident olsun" - SORĞU
16:05 15 Yanvar 2015
121 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiya əhalisinin yarısından çoxu Vladimir Putini 2018-ci ildən sonra da prezident vəzifəsində görmək istəyir
APA-nın verdiyi məlumata görə, "Levada-Mərkəzi"nin keçirdiyi sorğunun nəticələri belə deməyə əsas verir.

2014-cü ilin 19-22 dekabr tarixlərində keçirilən sorğu zamanı respondentlərin 55 faizi 2018-ci ildə V.Putinin yenidən prezident seçilməsini istədiyini bildirib. Sorğuda iştirak edənlərin 18 faizi isə hesab edir ki, 2018-ci ildə Rusiya prezidenti problemlərin başqa yolla həllini təklif edən şəxs olmalıdır. Öz növbəsində, rəyi soruşulanların 10% düşünür ki, prezident kürsüsünə V.Putinin siyasətini davam etdirəcək yeni bir sima seçilməlidir.

Həmçinin məlum olub ki, Rusiyada əhalinin 54 faizi Putini əvəz edə biləcək şəxs yoxdur. Respondentlərin 24 %-i isə hesab edir ki, lazım olsa, Putini əvəz edəcək şəxsi tapmaq olar.

Qeyd edək ki, sorğu Rusiyanın 46 regionunun 134 yaşayış məntəqəsində 1600 nəfər arasında keçirilib. Sorğuda iştirak edənlərin yaşı 18-dən yuxarı olub.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/319205.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR