Angela Merkel: "Müsəlmanları əsassız ittiham etmək olmaz"

Angela Merkel: "Müsəlmanları əsassız ittiham etmək olmaz"
16:05 15 Yanvar 2015
64 Dünya
Ölkə mətbuatı
A- A+

"Almaniyada müsəlmanların hər hansı təcridi, yaxud onların ünvanına əsassız ittihamlar yolverilməzdir".

Trend-in TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu Almaniya kansleri Angela Merkel deyib.

Bundestaqda bəyanatla çıxış edən kansler Almaniyada yaşayan təxminən 4 milyon müsəlmanı müdafiə edib: “Almaniyada müsəlmanların istənilən təcridi, istənilən əsassız şübhə qadağa altındadır".

Federal kansler əlavə edib: "Biz zəmanət veririk ki, konstitusiyamız və digər qanunlar çərçivəsində İslam dininə azad etiqad edilə bilər”.

Onun sözlərinə görə, istənilən digər konfessiya, o cümlədən iudaizm kimi, İslam da Almaniyaya aiddir: "Burada ayrı-seçkiliyə və təcridə yer olmamalıdır".

Bundan başqa, A.Merkel bu yaxınlarda Parisdə baş vermiş qanlı terror aktlarını yenidən qətiyyətlə pisləyib və Almaniyanın Fransa ilə “hüdudsuz həmrəyliyi”ni qeyd edib: "Almaniya və Fransa bu çətin günlərdə çiyin-çiyinə dayanacaqlar. Əgər Fransada təhlükəsizlik yoxdursa, deməli, Almaniyada da mövcud deyil".

Almaniya hökumətinin rəhbəri, həmçinin cəmiyyətin ən böyük sərvətlərindən biri olan mətbuat azadlığının böyük əhəmiyyətini qeyd edib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/319202.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR