Gəncə və Təbriz qardaş şəhər olacaq

Gəncə və Təbriz qardaş şəhər olacaq
16:23 15 Yanvar 2015
116 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 15 yanvar /Trend, müxbir Təmkin Cəfərov/

Azərbaycanın İranın Təbriz şəhərindəki baş konsulu Əli Əlizadə bu gün Şərqi Azərbaycan əyalətinin başçısının müavini Məhəmmədtəqi Pakzad ilə görüşüb. Bu barədə Trend IRNA agentliyinə istinadən məlumat verir.

Görüşdə Ə.Əlizadə deyib ki, Azərbaycan elm və texnologiya sahəsində İranla əməkdaşlığını inkişaf etdirməyə hazırdır: "Biz bütün imkanlarımızdan bu önəmli məsələ üçün istifadə etməyə hazırıq".

Onun sözlərinə görə, yaxın vaxtlarda Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Təbrizə səfər edəcək və iki ölkə arasında Təbriz və Gəncə şəhərlərinin qardaşlaşması haqqında sənəd imzalanacaq: “Hər iki tərəf əlaqələrin inkişafında maraqlıdır və imkanlardan yaxşı istifadə etməklə bu sahədə təsiredici işlər görəcəyimizə ümid edirik”.

M.Pakzad da öz növbəsində bildirib ki, Şərqi Azərbaycan əyaləti Azərbaycan Respublikası ilə elmi sahədə əməkdaşlığın inkişafına hazırdır: “Şərqi Azərbaycan əyalətinin elm və texnologiyalar sahəsində geniş potensialı var. Nano və bio texnologiya, kənd təsərrüfatı sahələrində xeyli iş görülüb. Tezliklə Təbrizdə xüsusi elm və texnologiya zonası yaradılacaq və bu, qonşu ölkələrlə əlaqələrin inkişafına imkan verəcək”.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2353648.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR