Kəşfiyyat banklarımızla maraqlanır (VİDEO)

Kəşfiyyat banklarımızla maraqlanır (VİDEO)
16:51 15 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Azərbaycanda banklar artıq Amerika Birləşmiş Ştatlarının vətəndaşı olan şəxslər barədə məlumatların toplamağa başlayıblar.

ANS TV-nin məlumatına görə, banklara müraciət edən vətəndaşlardan Amerika ilə bağlılığının olub-olmaması soruşulur. Bunun səbəb isə Vergilər Nazirliyindən gələn xəbərdarlıqdır. Bank sektorundan bildirildi ki, rəsmi qurumların xəbərdarlığı ölkəmizin Amerika Birləşmiş Ştatlarının Xarici Hesablar üzrə Vergi Əməletməsi Aktına yəni FACTA-ya qoşulması ilə bağlıdır. Bu saziş banklardan ABŞ rezidentləri barədə məlumatları toplamağaı və vergi strukturlarına ötürməyi tələb edir.

Vergilər Nazirliyi də həmin məlumatları Amerikaya verəcək. Hələ ki, Azərbaycan və Amerika hökumətləri ilkin razılıq sənədi imzlayıb. Yekun sazişin isə yaxın zamanlarda razılaşdırılması gözlənir. Banklar isə indidən buna hazırlaşırlar. Bunun üçün maliyyə təşkilatları sistemlərini elə qurmalıdır ki, müraciət edən şəxsin Amerika ilə bağlılığının olub-olmamasını müəyyən etmək asan olsun. Bundan başqa banklar müştərilərindən özü barədə məlumatları əks etdirən müəyyən blankları doldurmağı tələb edir.

Ekspert Seymur Niftəliyev bunun kredit hesabları üzrə tətbiq olunmayacağını deyir. Onun sözlərinə görə, bu sorğu ancaq cari, depozit hesaba və digər hesablar açılan zaman müştərilərə ünvanlanacaq.


FATCA-nın tələbləri Amerika rezidenti olan fiziki şəxslərə bankdakı hesabı 50 min, hüquqi şəxslərə isə 250 min dollardan artıq olduqda şamil olunur. FATCA tələblərinə əməl etməyən bankları isə sanksiyalar gözləyir. Bu sazişin bir neçə forması olsa da, Azərbaycanın seçdiyi variantda məlumatların qarşılıqlı mübadiləsi nəzərdə tutulur. Yəni Amerika Birləşmiş Ştatları da Azərbaycan rezidentləri barədə informasiyaları ötürə bilər.



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=26&nid=319896

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR