Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, ifaçı reklama edilən kəskin tənqidlərdən sonra güclü stress keçirib. Hind müğənnisi Danuşun “Why This Kolaveri Di” mahnısı əsasında hazırlanmış bəstə ilə səsləndirilən ekran işi yayımlandığı gündən sosial mediada müzakirə obyektinə çevrilib.
Bollivud filmlərinin süjetini xatırladan bir ssenari ilə çəkildiyi deyilən reklam istifadəçilərin əksəriyyəti tərəfindən bəyənilməyib. Bu səbəbdən səhhətində problem yaranan Sıla üç gündür xəstəxanada müalicə alır.
Sosial şəbəkədə yazılan şərhlərdən bəziləri isə belədir:
“Sən Sılasan. Öz melanxolik mahnını niyə oxumursan? Özcan Dənizlə reklam nədir?”
“Coca-cola” ən pis reklamını Özcan və Sıla ilə çəkib”
“Həyatımda gördüyüm ən bərbad reklam idi”
“Gözəl bir mahnının məhvinə heyfsilənim, yoxsa Sılanın marka imicinin heç olmasına?”
“Sıla lahmacun yeyib ki, Özcan o cür yıxılır?”