"Ginnesin Rekordlar Kitabı" ötən ilin əsas uğurunu açıqladı

"Ginnesin Rekordlar Kitabı" ötən ilin əsas uğurunu açıqladı
17:13 15 Yanvar 2015
176 Maraqlı
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 15 yanvar /Trend, müxbir Məftun Salmanov/

"Ginnesin Rekordlar Kitabı"nın müəllifləri 2014-cü ilin əsas uğurunu açıqlayıblar.

Trend-in Rusiya mətbuatına istinadən verdiyi məlumata əsasən, müəlliflər şüşə probkalarından çəllək formasında hazırlanmış nəhəng mozaikaya birinci yeri veriblər.

Mozaikanı ruslar və fransalılar birgə hazırlayıblar. Kompozisiya 150 kvadratmetri əhatə edir. Onun hazırlanması üçün 285 min probka və 270 kiloqram yapışqandan istifadə edilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/interestingly/2353624.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR