Razılaşmalar imzalandı (FOTO)

Razılaşmalar imzalandı (FOTO)
17:16 15 Yanvar 2015
86 Dünya
Ölkə mətbuatı
A- A+

Azərbaycan və Türkiyə arasında ikitərəfli razılşama imzalanıb.

ANS PRESS-in məlumatına görə, prezident İlham Əliyev və Türkiyə przeidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının Toplantısından sonra ikitərəfli razılaşmalara imza atıblar.

Qeyd edək ki, bu gün İlham Əliyev və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası sayca 4-cü iclası keçirilib.

Strateji əməkdaşlıq şurasının iclasında xüsusi ilə iki ölkədən birinə edilən hərbi təcavüzə qarşı o biri ölkənin müdaxiləsi müzakirə olunub. Görüşlərdə şuranın toplantısı çərçivəsində birgə fəaliyyətlər, iki ölkə arasinda əlaqələr və əməkdaşlığın inkişafı da müzakirə olunub.

İki ölkəni maraqlandıran regional və beynəlxalq vəziyyətlə bağlı fikir mübadiləsi də aparılıb.


















Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=15&nid=319908

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR