Türkiyədə təlim-məşq toplanışında olan Azərbaycan 17 yaşlı futbolçulardan ibarət komandası bu gün yoxlama oyunu keçirib. Fanat.az xəbər verir ki, millimiz "Fənərbaxça"nın U-17 komandası ilə qarşılaşıb.
Oyunda 9 qol vurulub. Millimiz rəqibini 9:0 hesabı ilə yenib. Komandamız bu gün daha bir oyun keçirəcək və Xorvatiyanın "Split" klubunun U-17 komandası ilə qarşılaşacaq.
Qeyd edək ki, "Fənərbaxça" - Azərbaycan oyununu Antalyada toplanışda olan azərbaycanlı hakimlər - Ramil Diniyev, Rahil Ramazanov və İsgəndər Əliyev idarə edib.
Fanat.az