Atatürkü təhqir edən qəzetə hücum (FOTO)

Atatürkü təhqir edən qəzetə hücum (FOTO)
17:51 15 Yanvar 2015
103 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyədə Atatürkün fotoşopla işlənmiş şəklini yayan "Yeni Akit" qəzetinin redaksiyası millətçilərin hücumuna məruz qalıb.

ANS PRESS-in məlumatına görə, sözügedən qəzetin yaydığı xəbərdə deyilir ki, MHP-li olduqları iddia edilən 200 nəfər redaksiyaya hücum edib. Polis bu barədə məlumatlandırılsa da vəziyyətə müdaxilə etməyib. Yalnız 45 dəqiqədən sonra hadisə yerinə bir polis maşını gəlib.

Qəzetin yazdığına görə, hücum zamanı redaksiyaya böyük miqdarda ziyan dəyib. Əməkdaşların avtomobilləri və redaksiyanın pəncərələri sındırılıb.

Qəzet polisin insidentə müdaxilə etməməsini Türkiyədə son zamanlar Gülən şəbəkəsini zərərsizləşdirmək üçün başladılan "Paralel hökumət" əməliyyatının davamı kimi qiymətləndirib.











Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=15&nid=319913

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR