Papa: "Əgər anamı söysə..."

Papa: "Əgər anamı söysə..."
18:01 15 Yanvar 2015
98 Sosial
Ölkə mətbuatı
A- A+

"Düşünçəni ifadə etməyin də bir sərhəddi var". ANS PRESS-in məlumatına görə, bunu "Charlie Hebdo" qətliamından sonra Roma Papası Fransisdən reaksiya gəlib.

Papa Fillipin səfəri zamanı təyyarədə jurnalistlərə açıqlama verib.

Papa ifadə azadlığının insanın haqqı olduğunu, amma fikirləri ifadə edərkən cəmiyyəti nəzərə almanın vacib olduğunu vurğulayıb.

Katoliklərin rəhbəri səfərində onu müşayiət edən Alberto Qasparri ilə misal da çəkib. "Əgər dostum Qasparri anamı təhqir etsə bir yumruq gözləməlidir. Bu çox normaldır. Heç kimi təxribata çəkmək olmaz. İnsanların inanclarını lağa qoymaq olmaz".

Xatırladaq ki, "Charlie Hebdo" jurnalının redaksiyasına hücum nəticəsində 12 nəfər ölüb, 11 nəfər isə yaralanmışdı.
Adıçəkilən jurnal Məhəmməd Peyğəmbərin (s.ə.s) karikaturalarını çəkib. Qətliamdan sonra jurnal yeni nömrəsinin üz qabığında yenidən peyğəmbərin karikaturalarına yer verib.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=40&nid=319832

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR