QPR klubunun futbolçusu Coy Barton "Barcelona"nın ulduz futbolçusu Messini Ronaldu ilə müqayisə etməyin tərəfdarı olmadığını bildirib. Goal.az xəbər verir ki, ingilis oyunçu öz tvitter səhifəsində yazıb:
"İnana bilmirəm ki, Ronaldunu Messidən güclü sayan insanlar var. Bu insan başqa oyun oynayır. "Bayern"ə vurduğu ikinci qolda 2 dünya çempionunu işsiz qoydu. Başqa dövrdə Ronaldu öz zamanının ən güclü futbolçusu olardı. Amma Messinin dövründə istənilən futbolçu ikincidir. Maradona, Pele, Kruyff..."

Milli.Az