Ərdoğan: "Türkiyə və Azərbaycan əmtəə dövriyyəsini artırmaq niyyətindədirlər"

Ərdoğan: "Türkiyə və Azərbaycan əmtəə dövriyyəsini artırmaq niyyətindədirlər"
18:12 15 Yanvar 2015
77 Digər
Ölkə mətbuatı
A- A+

"Türkiyə və Azərbaycan 2023-cü ilədək əmtəə dövriyyəsini 15 milyard dollaradək artırmaq niyyətindədirlər və iki ölkə bunu etməyə qadirdir".

Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

Prezidentin sözlərinə görə, Azərbaycan və Türkiyə arasında ikitərəfli münasibətlər ən yüksək səviyyədədir: “Azərbaycan və Türkiyə arasında ikitərəfli münasibətlərdə enerji layihələrinə xüsusi əhəmiyyət verilir”.

Dövlət başçısı qeyd edib ki, tərəflərin həyata keçirdikləri qlobal layihələrdən biri Transanadolu qaz kəmərinin (TANAP) tikintisi layihəsidir: “TANAP layihəsinin həyata keçirməklə dünyada Azərbaycan və Türkiyənin strateji rolu artacaq”.

R.T.Ərdoğan ölkələrin reallaşdırdıqları digər mühüm layihə kimi Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu magistralının tikintisini qeyd edib.

O əlavə edib ki, BTQ magistralı bu il istismara veriləcək: "Göstərilən layihələrlə yanaşı, tərəflər bir sıra strateji layihələri, məsələn, Bakı-Tbilisi-Ceyhan neft kəmərini də reallaşdırıblar".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/319243.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR