Kamran Həsənlini polis cəzalandırdı

Kamran Həsənlini polis cəzalandırdı
19:05 15 Yanvar 2015
187 Sosial
Ölkə mətbuatı
A- A+

Dünən məşhur teleaparıcı Kamran Həsənlinin idarə etdiyi avtomobil Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin 401-ci alay komandirinin müavini tərəfindən saxlanılaraq cərimə meydançasına aparılıb.

Milli.Az aznews.az-a istinadən xəbər verir ki, bu məlumatı Kamran Həsənli təsdiq edib və bildirib ki, avtomobilini cərimə ödəmədiyinə görə saxlayıblar.

“Radara düşdükdən sonra pulunu vaxtında ödəməmişəm. Onsuz da, mənim maşınımı həmişə saxlayırlar. Təbii ki, yol hərəkət qaydalarını pozanda polis saxlamalıdır. Etiraf edirəm, iki gündən bir qaydaları pozuram, saxlayırlar, cərimə eləmək lazımdırsa, edirlər, vəssalam”, - məşhur şoumen vurğulayıb.

Qeyd edək ki, K.Həsənli “Mitsubishi” markalı avtomobil idarə edir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/319251.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR