195 Çağrı Mərkəzinə zənglərin sayı artıb

195 Çağrı Mərkəzinə zənglərin sayı artıb
19:08 15 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 15 yanvar /Trend/

2014-cü ildə Vergilər Nazirliyinin 195 Çağrı Mərkəzinə 198 325 və ya əvvəlki illə müqayisədə 7,65% çox zəng daxil olub.

Nazirliyin Analitik-informasiya şöbəsindən Trend-ə verilən məlumata görə, canlı əlaqə zamanı 190 553 müraciət cavablandırılıb ki, onların da 13,57%-i qeydiyyat, 11,96%-i vergi növləri, 10,84%-i elektron xidmətlər, 10,72%-i "Asan imza", 7,11%-i hesabatlar (bəyannamə və arayışlar) və onların doldurulma qaydaları, 5,83%-i əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi, 3,46%-i vergiödəyiciyə göndərilmiş mesajlar, 3,30%-i büdcə ilə hesablaşmalar barədə olub.

Daxil olmuş müraciətlərin 5021-i barədə araşdırma aparılması üçün müraciət vərəqəsi tərtib edilib, həmin müraciətlər orta hesabla 2,4 gün ərzində cavablandırılıb

Hesabat dövründə vergiödəyicilər tərəfindən 16 930 dəfə vergi borcu, 8460 dəfə vergi növləri barədə məlumat əldə etmək üçün səsli menyu xidmətindən istifadə edilib. Vergiödəyicilərə 2 296 678, o cümlədən 10 006 səsli mesaj göndərilib.

Vergiödəyicilərin 195 Çağrı Mərkəzinin xidmətindən razı qalma səviyyəsi 95,3% olub.

İl ərzində Vergilər Nazirliyinin rəsmi internet səhifəsinə 3 milyon 633 min 992 daxilolma qeydə alınıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/economy/2353770.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR